“Bələdiyyələrin səlahiyyətləri yetərli səviyyədə olmadığından, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində də bu qurumun hansısa müstəqil fəaliyyəti hiss olunmur” –bu fikri Böyük Quruluş Partiyasının sədri, millər vəkili Fazil Mustafa “Belediyye.info”nun sualını cavablandırarkən deyib. Millət vəkilinin sözlərinə görə, Böyük Quruluş Partiyasının Sabunçu bələdiyyələrindəki təmsilçiləri vasitəsi ilə yerli bələdiyyələrin bəzi çalışmalarından xəbər tutur. Bu gün hesabat mexanizminin olmaması bələdiyyənin fəaliyyəti barədə dolğun bilgi əldə etməyə imkan vermir.
Bələdiyyələrə olan münasibətə toxunan millət vəkili yerli özünüidarəetmə orqanlarına dəstək o qədər də hiss olunmasada, maneələrin kifayət qədər olduğunu deyib. Partiya sədrinin sözlərinə görə, yerli özünüidarə anlayışı praktikada konstitusion mənasında çox uzaq görünür. Bütün qanunvericilik sanki bələdiyyə səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlib.
icra strukturları və bələdiyyə əlaqələrinə toxunun Fazil Mustafa icra hakimiyyətləri ilə bələdiyyələrin funksional səlahiyyət bölgüsünün dəqiq aparılmalı olduğunu bildirib: “Bələdiyyələrə gerçək yerli özünüidarəetmə hüququ verilməli və maliyyə sərbəstliyi tanınmalıdır.”
Belediyye.info